Digər
Leyla Əliyeva Gəncədə - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun
Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı
qonaqlar dekabrın 23-də Gəncədə olublar.
Leyla Əliyeva və rusiyalı qonaqlar əvvəlcə Heydər Əliyev
park-kompleksinə gəliblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev
park-kompleksi haqqında məlumat verərək deyib ki, 350 hektar
ərazisi olan park şəhər sakinlərinin ən çox sevdikləri istirahət
məkanlarından biridir. Burada Heydər Əliyev Mərkəzi, müstəqil
Azərbaycanın uğurlarının rəmzi olan Zəfər tağı, amfiteatr, Gənclər
Sarayı, Müasir İncəsənət Muzeyi və əyləncə mərkəzləri
yaradılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar
hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park- kompleksi seyr
etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev
Mərkəzinə gəldilər. Yol boyu parkda şəhər sakinləri ilə söhbət edən
Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirdi. Xiyabanda
quraşdırılmış yolka ətrafında Şaxta baba ilə Qar qız Leyla
Əliyevanı və rusiyalı qonaqları salamlayaraq onlara ən xoş
arzularını çatdırdılar.
Park-kompleksdəki 3 min tamaşaçı yeri olan amfiteatrla tanış olan
Leyla Əliyeva və qonaqlar məmnun qaldıqlarını bildirdilər. Məlumat
verildi ki, amfiteatrda tez-tez kütləvi tədbirlər, konsertlər
təşkil edilir. Burada bir çox xarici incəsənət ustalarının
çıxışları da olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən “Qız
Qalası” Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının
maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə ulu
öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr etdilər. Leyla
Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi
olaraq “Lermontov ağacı” adlandırdı. Ağacın əkilməsində rusiyalı
qonaqlar da iştirak etdilər.
Leyla Əliyeva və qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında Ulu
Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu. Bildirildi ki,
sahəsi 7 min kvadratmetrdən çox olan Mərkəz dördmərtəbəlidir.
Burada 300 nəfərlik konfrans zalı, kompyuter, xarici dil kursları,
rəqs və xalçaçılıq dərnəkləri, 10D formatlı sinema fəaliyyət
göstərir.
Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai
Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak
etdi.
Rəmzi açılışı bildirən lenti kəsən Leyla Əliyeva kollektivə xoş
arzularını çatdırdı.
IDEA-nın fəal üzvləri Azərbaycanda yaşıllaşdırma marafonunun
təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlıq etdilər. Bildirildi
ki, onun həyata keçirdiyi layihələr ölkəmizin inkişafına xidmət
edir. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi
dövlətimizin başçısının ölkəmizdə gənclərə göstərdiyi diqqət və
qayğının nəticəsi kimi dəyərləndirildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun
ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA
İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr
təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə
tanış oldu. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın
kəsilməsi prosesində iştirak etdi. Heydər Əliyev Fondunun
vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının
prezidenti Mixail Lermontova hədiyyə etdi.
Mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində rəqs qrupunun
məşqlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev
park-kompleksinə gəldilər. Onlar burada IDEA İctimai Birliyinin
təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda
iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə
görüşdülər.
Diqqətə çatdırıldı ki, bu ərazidə 50 min ağacın əkilməsi nəzərdə
tutulub. Yaşıllaşdırma marafonu çərçivəsində dekabrın 23-də isə 10
min ağacın əkiləcəyi bildirildi.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan
çinarı əkdilər.
Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla
Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət etdilər.
Leyla Əliyevanı və qonaqları gəncəlilər adından salamlayan şair
Rübail şeir söylədi. Akademik Fuad Əliyev isə ölkədə, eləcə də
Gəncədə keçirilən yaşıllaşdırma marafonunun bəhrələrindən danışaraq
bu işin təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını
bildirdi.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi
Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Məlumat verildi ki,
məqbərə vaxtilə ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən əsaslı
şəkildə təmir edilib. 2011-ci ildə isə şairin 870 illik yubileyinə
hazırlıq ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
məqbərənin ərazisi daha da genişləndirilərək yenidən qurulub.
Məqbərəni ziyarət edən Leyla Əliyevaya və rusiyalı qonaqlara
mütəfəkkir şair haqqında, onun yubiley tədbirlərində iştirak edən
görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verildi.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq