Avro niyə dəyər itirir?
Bizi izləyin

Digər

Avro niyə dəyər itirir?

Yunanıstanın Avro bölgəsindən çıxacağı istiqamətindəki bəyanatları avronun dollar qarşısında son altı ilin ən aşağı səviyyəsinə düşməsinə gətirib çıxarıb.

Publika.az xəbər verir ki, avronun dibə vurmasının digər səbəbi də Avro bölgəsində iqtisadi artım rəqəmlərinin yerində saymasıdır. Ekspertlər belə hesab edir: "Yunanıstan məsələsi sərmayəçiləri narahat edir. Amma avronun dəyərini itirmə səbəbi xüsusilə Fransa və İtaliyanın üzərlərinə götürdükləri islahatları aparmamalarından qaynaqlanır. Sərmayəçiləri narahat edən bu vəziyyət getdikcə daha çox pulun ABŞ-a axmasına səbəb olur”.

Günə enişlə başlayan avro 1,18 dollara qədər geriləyib. İqtisadçılar avronun gələcək məzənnəsindən narahatdırlar: "Yunanıstan Avro bölgəsi üçün çox əhəmiyyətlidir. Ölkənin bölgəni tərk etməsi başqa üzv ölkələrin də bunu edəcəyi narahatlığını yaradacaq. Bu vəziyyət səbəbindən banklarda çaxnaşma yaşanacaq. Müştərilər hesablarındakı pullarını təcili olaraq çəkmək istəyəcəklər".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm