Ukrayna valyutası 75 faiz dəyər itirdi
Bizi izləyin

Digər

Ukrayna valyutası 75 faiz dəyər itirdi

Minsk danışıqları Ukrayna iqtisadiyyatına düşərli olmayıb. Defolt riski ilə üz-üzə qalan ölkədə pul vahidi qrivna rekord sürətdə dəyərini itirir.

Publika.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondundan (IMF) edilən maliyyə dəstəyinə baxmayaraq, qrivna son bir ildə 75 faiz nisbətində dəyər itirib. Fevralın 5-də Ukrayna Mərkəz Bankının qrivnanın məzənnəsini sərbəst buraxması vəziyyəti daha da pisləşdirib: ”Ötən il Ukraynada büdcə kəsiri 5 milyard dollar təşkil edib. Bu il də vəziyyət çox kritikdir. Hazırda qarşıda dayanan məqsəd şirkətləri dəstəkləmək, məhsulları Avropa Birliyi standartlarına uyğun vəziyyətə gətirmək və Avropaya ixracatı artırmaqdır”.

Ukrayna qrivnası sərbəst enişinə davam edərkən rus rublu çətin günlərini geridə buraxıb. Buna da əsl səbəb Ukrayna ilə atəşkəsdən çox, xam neftin barelinin qiymətinin yüksəlməsidir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm