Digər
Bankların dollar fırıldağı: “Kartlardan əlavə pul silinir”
Dolların bahalaşmasından istifadə edən banklar plastik
kart müştərilərini aldatmağa başlayıb.
Bununla bağlı AzNews.az-a bir neçə müştəri müraciət
edib.
Ramin Qasımov adlı şəxs “Bank of Baku”ın “Bolkart” istifadəçisidir. O, 18.02.15 tarixində internet vasitəsilə əməliyyat edib, ancaq 3 gün sonra görüb ki, pul onun hesabından yeni məzənnə ilə çıxılıb: “18.02.15 tarixində İnternet üzərindən edilmiş əməliyyat Bolkart sisteminə 21.02.2015 tarixində yeni məzənnə ilə işlənib. Niyə və hansı səbəbə görə? Bax bu suala mən heç cür cavab ala bilmirəm. Nə məsələyə aydınlıq gətirən var, nə də həmin fərqi aradan qaldıran”.
Nəsimi Babayev adlı müştərinin də şikayəti də eyni məzmunludur:
“Mən 18 fevral tarixində 208 dollar dəyərində online
alış-veriş etmişəm. Xatırladım ki, həmin tarixdə dolların məzənnəsi
0.785 manat idi və mənim balansımdan 164 manat çıxılmışdı. Amma bu
gün “Bolkart” şəxsi kabinetimdə baxıram ki, 208 dollar vəsait yeni
məzənnə ilə hesablanıb və balansımdan 219 AZN çıxılıb. Nəyə
görə?”.
Bankın fırıldaqçılığı ilə üzləşən müştərilər işbazları məzənnə
dəyişikliyindən istifadə etməkdə, bankları isə öz xeyirlərinə
ağıllarına gələn qərarlar verməkdə və insanları incitməkdən
çəkinməməkdə ittiham edir. Şikayətçilər məsələ ilə bağlı bankın 145
məlumat mərkəzi ilə əlaqə saxlayıb və Bolkartın rəsmi Facebook
hesabında yazıblar.
“Bank of Baku” məsələylə bağlı AzNews.az-ın sorğusuna cavab verib.
Cavabdan dəqiq heç nə başa düşülməsə də, onu oxuculara olduğu kimi
təqdim edirik: “Kart hesabının valyutasından fərqli
valyutada xaricdə aparılan əməliyyatlar üzrə mübadilə kursu bu
əməliyyat üzrə klirinq aparılan tarixdə kartın hansı ödəniş
sisteminə aid olmasından asılı olaraq, Visa və ya MC beynəlxalq
ödəniş sisteminin müəyyən etdiyi məzənnə əsasında
aparılır”.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi