Unibankdan fərqli Novruz kampaniyası
Bizi izləyin

Digər

Unibankdan fərqli Novruz kampaniyası

Novruz yenilik, təzəlik deməkdir. Ona görə də Bayramda alış-veriş etmək, sevdiklərinə hədiyyələr almaq hamımızın arzusudur. Elə Unibank da bayramda böyüklü-kiçikli hamının arzusunu reallaşdıran bahar əhvallı bir kampaniya ilə bayrama bayram qatıb. Martın 19-dan 22-dək öz Albalı və Albalı Plus kartı ilə alış-veriş edənlərə 1 taksit də Unibankdan hədiyyə olunacaq.

Unibank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm