Digər
Erməni əsgəri belə təslim oldu: “Yaşamaq istəyirəm” - AÇIQLAMA - FOTO/VİDEO
Martın 22-də günorta saatlarında ilkin məlunata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına
görə, qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi
qulluqçularımız tərəfindən saxlanılıb.
İlkin dindirmədə Andranik Qriqoryan bildirib: "Mən 1991-ci ildə
Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 22
mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə
keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən
qorxuram.
Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə
cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı
atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman
edirəm ki, artıq sağ deyil. Nə qədər erməni hakimiyyəti öz
xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı
bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu,
onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri
yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm.
Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq,
silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli
ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin
əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb.
Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən
çoxlu sayda insan var.
Amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri
üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və
qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim
olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar
və doyunca yemək-içmək verdilər.
Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib
demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar
hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər.
Nə qədər ki, gec deyil siz də mənim kimi edin".
Hazırda təhlükəsizliyi təmin olunmaqla saxlanılan əsir
A.Qriqoryanla hamılıqla qəbul edilmiş insan hüquqları normaları
daxilində rəftar edilir.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO