Bakıya ikimərtəbəli sərnişin qatarları gətirilə bilər
Bizi izləyin

Digər

Bakıya ikimərtəbəli sərnişin qatarları gətirilə bilər

Bakı-Sumqayıt və “28 may” – “Koroğlu” marşrutu üzrə ikimərtəbəli sərnişin qatarları çalışa bilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, ən müasir standartlara cavab verən qatarlar tezliklə Azərbaycana gətiriləcək: “Çatdıra bilsək, ikimərtəbəli qatarlar olacaq. Çatdıra bilməsək, ən müasir standartlara cavab verən sərnişin qatarları gətiriləcək. Həmin qatarlarda wi-fi xidməti, ayrıca yük yeri mövcuddur”.

Xatırladaq ki, sözügedən qatarların bu ayın sonunda Bakıya gətirilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm