Digər
Kirayə evlərin qiyməti nə qədər düşüb? – AÇIQLAMA
“Ötən ay kirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə -10.4% azalma qеydə alınıb”.
Publika.az xəbər verir ki, bu barədə “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. O deyib ki, ay ərzində ümumi təklif portfelində kirayə mənzillərin payı mart ayına nisbətən nisbi 8.0% artıb: ”Aktivliyin azalması nəticəsində təklif portfelinin nisbətən artma səbəbi kirayə verilən mənzillərdə bitən müqavilələrin yenilənməməsidir. Bazarda təklifin artmasına baxmayaraq, qiymətdə ümumi şəhər üzrə azalma qeydə alınıb. USD ilə ifadədə qiymət 609 dollar/mənzil-dən -2.1% azalaraq 596 dollar/mənzilə düşüb. Bazarda əməliyyatların sayı isə 106-dan -10.4% azalaraq 95 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı -4.54% azalaraq 8.82 dollar/kv.m-dən 8.42 dollar/kv.m-ə düşüb.
Aparılan araşdırmalardan məlum olub ki, kirayə mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indеksi qiymətə müvafiq olaraq -4.2% azalıb”.
N.İbrahimov deyir ki, aprel ayında aktivlik əmsalına görə ən cəlbеdici zona ötən ay olduğu kimi II zona olub: “Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66.7%-nə malikdir. Aprel ayında otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qеydə alınıb. Təklif üzrə ən çoх artım 2 otaqlılarda qеydə alınıb-14.6%. 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma baş verib. Araşdırmaların aparıldığı son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı 9.7% , orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərinin sayında isə 6.3 % artım qeydə alınıb.
Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı isə ötən mart ayı ilə müqayisədə -9.0% azalıb. Ay ərzində xüsusən də təklif portfelində daha çox ucuz qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub”.
Məlum olur ki, bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (596 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 61.7%-ə malikdir: “Mənzillərin orta otaq göstəricisi 2.22, orta sahə isə 73.53 kv.m təşkil еdib”.
İqtisadiyyat şöbəsi
-
Magazin122:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq
-
Ekologiya19:24
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA