Digər
“Şahdəniz” yatağında 62 milyard kubmetr qaz hasil olunub
Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində (noyabr 2006 – 1 iyun 2015) hasil edilən ümumi qazın həcmi 62 milyard kubmetr təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. O qeyd edib ki, bu dövr ərzində “Şahdəniz” yatağından 16 milyon ton kondesat hasil edilib.
Onun sözlərinə görə, Şahdəniz yatağının istismarı müddətində Gürcüstana 4.6 milyard kubmetr, Türkiyəyə isə 34 milyard kubmetr qaz tədarük edilib.
SOCAR-ın birinci vitse-prezidentinin sözlərindən belə nəticə çıxarmaq olar ki, ”Mərhələ-1” çərçivəsində Azərbaycan tərəfi 23.4 milyard kubmetr qaz alıb. Yəni qazın 37.7%-i Azərbaycan tərəfindən istifadə ediib, 62.3% isə ixrac edilib.
“Şahdəniz” layihəsi 1996-cı ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakı şirkətlərdir: BP (operator, 28,8%), TPAO (19%), SOCAR (16,7%), Petronas (15,5%), Lukoil (10%) və NICO (10%).
İqtisadiyyat şöbəsi
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO