Digər
ARDNF Çin yuanı ilə əməliyyatlara başladı
Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb.
Publika.az ARDNF-a istinadən xəbər verir ki, 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alınıb. Adıçəkilən qurumla dövlət və agentliklərinin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb.
Cari ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb. Hal-hazırda növbəti mərhələ olaraq Çinin səhm bazarlarına investisiya yatırımlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən “Səlahiyyətli Xarici İnstitusional İnvestorlar” adlı lisenziyanın alınması planlaşdırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ına əsasən ARDNF-nin investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.
İqtisadiyyat şöbəsi
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi