Paranormal
Ay yadplanetlilər tərəfindən işğal olunub - - VİDEO
Son zamanlar tez-tez belə suallar verilir: Niyə son 47 il
ərzində heç kəs Aya yenidən uçmağa maraq göstərməyib? Çoxları bunu
Ay səyahətinin dövlətlərə çox baha başa gəlməsi ilə
əlaqələndirirlər. Hətta 1969-cu ildə Nil Armstrongla Apollon
gəmisində Ay yolçuluğuna çıxan ABŞ belə, sonradan Ayın digər üzünü
tədqiq etməyə maraq göstərməyib.
Amma son zamanlar Ay səyahətinin davam etdirilməməsini orada digər
sivilizasiyaya aid varlıqların olması ilə əlaqələndirənlərin sayı
artıb. Ən geniş yayılmış fikirlərdən biri də budur ki, Ayın sirli
tərəfində qeyri-təbii mənşəli varlıqlar mövcuddur və onlar daim
bizi izləyirlər. Aydakı qeyri-təbii varlıqların görüntüləri
teleskoplar vasitəsilə hələ 60-cı illərdə müşahidə edilib. O
görüntülərdə planetin üzərində çox yüksək sürətlə hərəkət edən
qəribə kölgələr müəyyən edilib. Həmin videogörüntülərdən birini,
hətta televiziya vasitəsilə də nümayiş etdiriblər. Görəsən, Ayın
sakinləri ilə bağlı yazılanlar, Yerin peykinin digər üzünə yad
planetlilərin ekspedisiya göndərdiyi və digər sivilizasiyadan
olanlara məxsus hərbi bazaların orada yerləşdirildiyi
doğrudurmu?
Alimlər hesab edirlər ki, Ayda kimlərsə yaşayır. Çünki orada başqa sivilizasiyalara aid kosmik gəmilər mövcuddur.
Bundan daha əvvəl isə Aya göndərilmiş ABŞ kosmik gəmilərinin əldə etdiyi görüntülərdə Ay səthində 1,5 milyard il əvvələ aid kosmik gəminin qalıqları və iki mumiyalanmış humanoidin cəsədləri var idi. O cəsədlərdən biri kişi, digəri isə qadın cinsinə aid idi. Aya yenidən kosmonavtların göndərilməməsi artıq onun başqa planet və sivilizasiyaya aid canlılar tərəfindən işğal olunması ilə bağlıdır. NASA səlahiyyətlilərindən biri deyib ki, "biz ayın o biri üzünü yalnız o bizə tərəf üzünü çevirəndə tədqiq edəcəyik".
NASA Ay proqramını bağlayıb. Buna səbəb isə, Ayın bizdən əvvəl
ora getməyə nail olmuş sakinləridir. Alimlər hesab edirlər ki, Ayda
bizim təsəvvür etdiyimizdən kifayət qədər güclü qüvvələr mövcuddur.
Təsadüfi deyil ki, qədim misirlilər Ay haqqında "o bizi izləyən
nəhəng varlıqdır" deyirdilər. (sputnik.az)
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?















.jpg)
























