Paranormal
Cəhənnəmi gördü, Allaha inandı, həyatı dəyişdi: İndi multimilyonçudur - FOTOLAR
ABŞ sakini 83 yaşlı Ket Dankl keçirdiyi ağır qəzadan sonra yaşadıqları haqda danışıb. Onun sözlərinə görə, ölümcül vəziyyətdə olarkən özünü cəhənnəmdə görüb.
Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Qadın bildirib ki, 7 yaşlı oğlunu avtomobil qəzasında itirdikdən sonra Allaha inamını itirib. Bir müddət sonra isə maliyyə çətinlikləri yaşayaraq müflis olmaq məcburiyyətində qalıb.
Daha sonra Dankl özü də ağır yol-nəqliyyat hadisəsinə düşüb. Xəstəxanada daxili qanaxma səbəbindən həyatı təhlükə altında olarkən əvvəlcə qəribə bir rahatlıq hiss etdiyini, sonra isə özünü cəhənnəmdə gördüyünü iddia edib. Onun sözlərinə görə, alov içində bir çuxur və oradan gələn fəryad səsləri eşidib.
Bu mənzərədən dəhşətə gələn qadın Allaha yalvardığını və ondan bağışlanmasını istədiyini deyib.
Dankl bildirib ki, bundan sonra yenidən həyata qayıdıb və həyatının tamamilə dəyişdiyini hiss edib. O, daha sonra gördüyü yuxunun təsiri ilə öz biznesini qurduğunu qeyd edib.
Nəşrin yazdığına görə, Ket Dankl hazırda multimilyonçudur.
Müəllif: Adəm
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO















.jpg)




















