Paranormal
MÖCÜZƏVİ GÖRÜNTÜLƏR - Ölümdən son saniyədə xilas oldular - (VİDEO/FOTO)
Dünyanı heyrətə gətirən anlar. ARB TV-nin "Pəncərə" verilişində ölümdən son anda xilas olan insanlar haqda maraqlı sujet yayımlanıb.
Həyatda bizi nələrin gözlədiyindən xəbərsizik. Ölüm qaşla göz arasındadır. Faciə gəlirəm demir. Gəlir və alt-üst edir hər şeyi. Və başımıza gələcək hadisələr zamanı necə davranacağımızı da planlaşdırmaq mümkünsüzdür.
Hər il dünyada yol qəzaları ucbatından 1 milyon 250 min nəfərə yaxın insanın həyat yolu bitir. Amma bu 1 milyonluq siyahıdan kənarda qalmağı bacaran şanslılar da var. Hansı ki, ölümün pəncəsindən son saniyələrdə, yaxud 3-4 sm-lik fərqlə yaxa qurtara bilirlər.
Bu nədir? Təsadüf, alın yazısı, ya möcüzə? Konkret cavabı yoxdur. Bilinən bircə budur ki, sən gözləmədiyin anda bədbəxtliklə xoşbəxtliyi bir arada görmüş olursan. Məhv olarkən geri qayıdırsan. Ağlasığmazdır, amma həm də yuxu deyil, reallıqdır.
Və digər maraqlı məqam: yollarda baş verən hadisələr insanın peşəkarlığına və gücünə baxmır. Sən uzun illərin təcrübəlisi və peşəkarı ola bilərsən amma qarşına çıxacaq mərdimazar sənin bütün təcrübəni göydən yerə vura bilər.
Ona görə də, insanlar heç vaxt bədbəxt hadisələrdən sığortalana bilmirlər. Amma çox dəhşətli hadisədən burnu qanamadan da çıxmaq mümkündür.
Bəzi mütəxəssislər isə ən müxtəlif hadisələrdə bəxti gətirən insanları araşdırarkən bunu onların özlərinə bağlayırlar. Yəni insan nə yaşayırsa, öz addımları ucbatından yaşayır. Başqa sözlə desək əgər insan çox ağır qəzadan son anda sağ qurtula bilirsə, deməli, o, ya əvvəldən, ya da son anda seçdiyi düzgün mövqeyə ya da etdiyi manevrə borcludur. Bu bəxtin gətirməsi deyil. Bu sadəcə doğru seçilmiş məsafədi, mövqedi, hərəkətdi və s.
İstənilən halda bütün bunlar dünyanı heyrətə gətirir. Ən azı ona görə ki, işin bir ucunda planlaşdırılmayan bədbəxtlik fırtınası, digər ucunda isə gözlənilmədən üzə çıxan bir xoşbəxtlik hadisəsi var.
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu




































