Ürəyində ruh yerinə qığılcım olan qadın - - FOTO
Bizi izləyin

Paranormal

Ürəyində ruh yerinə qığılcım olan qadın - - FOTO

Bütün insanların səadəti və fəlakəti bu qutunun açılıb-açılmamasına bağlıdır

Pandora yunan mifologiyasına görə yer üzündə ilk yaradılmış qadındır. Pandoranı “gözəl pislik” adlandırırlar. Bu onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədliklərlə dolu mücrüyə işarədir. Pandora və qutusu bir çox hekayəyə, filmə mövzu olub. Hətta "Pandoranın qutusunu açmaq" deyimi belə var.

Zevs, usta olan oğlu Hefesdən ilk qadını yaratmasını istəyib. Dəmirçi tanrı Hefes öz emalatxanasında su və torpaq qarışığından ilk qadının dəmir heykəlini yaradır. Bu heykəl həddsiz gözəl göründüyündən Zevs onu canlandırmaq fikirinə düşür. Heykəlin ürəyinə ruh yerinə qığılcım qoyur. Onu bəzəmək üçün bütün tanrılar və məleykələr kömək edirlər. Hər kəs ona bir şey hədiyyə edir. Ona "bütünlüklə hədiyyə" mənasını verən Pandora adını qoyurlar.

Atena ona gözəl bir kəmər, bəzəkli paltarlar verir. Lətafət pəriləri ağ sinəsinə parlaq qızıl boyunbağı taxırlar. Afrodita başına öz saçları kimi gözəl saç verir. Hermes ona hiyləgərlik, yalan, Hera isə ona hər şeylə maraqlanmaq kimi xasiyyəti bəxş edir. Zevs isə Prometeyin ilahi qüvvə sayılan odu insanlara verməsindən hiddətlənərək, bunun əvəzini çıxmaq üçün, içərisinə insanların düçar ola biləcəkləri bütün bəlaları qiymətli daş-qaşlarla bəzədilmiş mücrünü içinə dolduraraq Pandoraya verir. "Əsla verdiyim qutunu açma, içindəki yaxşı şeylər uzaqlara qaçacaq və onların yerinə pisliklər gələcək, səni narahat edəcəklər. Bu qutunu yaxşı saxla. Bütün insanların səadəti və fəlakəti bu qutunun açılıb-açılmamasına bağlıdır."- dedikdən sonra baş tanrı Zevs ilk qadını yerə endirir və Prometeyin qardaşı Epimeteyiyaya gəlin olaraq göndərir.

Prometey, qardaşına Zevsdən heç bir şəkildə hədiyyə qəbul etməməsini dediyi halda Pandoranın gözəlliyinə heyran qalan Epimeteya öyüdə qulaq asmır və onunla evlənir.

Bir müddət Epimetey və Pandora firavan və xoşbəxt həyat sürürlər. Heranın Pandoranın qəlbinə salmış olduğu hər şeyə maraq göstərmək xasiyyəti onu bir an belə rahat buraxmırdı. Bir dəfə maraq onun iradəsinə üstün gələrək mücrünü açmağa məcbur edir. Mücrü açılar-açılmaz içindəki Zevsin insanlara ünvanlanmış "xeyirxahlıqları": xəstəliklər, kədər, ağrı-acılar bir sözlə bütün bədliklər uçub bütün dünyanı bürümüş olurlar.

Pandora səhvini anlayaraq bir az sonra qutunu bağlasa da, mücrüdə olan pisliklərin arasında, insanları yaşadacaq, təsəlli edəcək "ümid" də var idi. Lakin ümid çölə çıxa bilməmiş qutuda qalmışdı. Azad ola bilməyən, mücrüdə qalan kiçik ümid quşu o vaxtdan etibarən insanların təskinliyi olur.

Beləcə, Zevs ilk qadını özü ilə pisliklərlə dolu bir qutuyla yer üzünə göndərib insanlardan intiqam almışdı.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm