Paranormal
Evinizə uğursuzluq gətirən əşyalar - ONLARI SAXLAMAYIN
İnsan həyatının müəyyən mərhələsində qəfildən ömürdən sanki bir qara zolaq keçir.
Hər şey əldən çıxır, işlər pis gedir, əhval-ruhiyyə də
parıldamır. İnsanlar bunun səbəbini axtarır, bu uğursuzluğun nədən
baş verdiyini anlamağa çalışırlar. Çavab var! Ola bilər ki,
insanlar öz əlləri ilə özlərini neqativ əşyalarla əhatələyirlər. Bu
isə istər-istəməz xaosa gətirib çıxarır. Harmoniyanı bərpa etmək
üçün bu 10 əşyadan imtina etmək lazımdır:
1. “Ölü“ əşyalar

Söhbət müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvası,
hətta balıqqulağı. Əgər siz təbii gülləri sevirsinizsə, onların
solmamasına diqqət edin. Balıqqulaqlarının vaxtaşırı təmizlənməsi
lazımdır. Bu, pis auranın yaratdığı problemlərdən qaçmaq
üçündür.
2. Təbii fəlakətlərin əks olunduğu şəkil və
fotolar
Söhbət yalnız böyük fəlakətlərdən getmir. Güclü yağışın, qarın və
digər pis hava şəraitinin təsvir olunduğu şəkillər sizdə mənfi
emosiyalar yaradır.
3. Tayı olmayan əşyalar
Əgər sizdə eyvanda nə zamansa xoşladığınız, indi tayının olmadığı
tək bir xizək və ya krossovka varsa, hər şey tamamdır. Onu
zibilliyə atmaq lazımdır, yoxsa, problemdən xilas ola
bilməyəcəksiniz.
4. Dayanmış saatlar

Bu, çox pis əlamətdir. Ona görə də çalışın ki, evinizdəki bütün
saatlar işləsin. Yox, əgər onları düzəltmək mümkün deyilsə, atın
getsin.
5. Qırıq süpürgə
Evinizdə təmizlik apardığınız nə varsa, hamısı qaydasında
olmalıdır. Əgər sizin süpürgəniz artıq tökülürsə, təzəsini almaq
lazımdır. Yoxsa, maliyyə itkiniz olacaq. Əlamətlər belə deyir.
6. Müsbət emosiyalar yaratmayan fotolar
Sizdə neqativlik yaradan nə varsa, hamısı evdən atılmalıdır. Bu,
olduqca məntiqli qaydadır.
7. Cibdə, pul kisəsində və çantada olan xırda
zibil
Necə deyərlər, xırdalıqlardan böyük problemlər yaranır. Əgər
evinizdə harmoniyanın hökmranlıq etməsini istəyirsinizsə, bütün
əşyalarınızı qaydasında saxlamağa çalışın.
8. 3 ildən artıq işlətmədiyiniz bütün əşyalar

Onlar durğunluq enerjisi toplayırlar. Ona görə də sizin ətrafınızda
demək olar ki, hər şey dayanır. İstifadə etməyəcəyiniz əşyaları
saxlamayın.
9. Sınmış şüşələr
Onlar müdafiədə zədələnməni simvolizə edir. Ona görə də diqqət
etmək lazımdır ki, güzgü, qab və digər sınan əşyalar bütöv
olsun!
10. Köhnə əşyalar
Əgər siz köhnə geyiminizi ata bilmirsinizsə, onu xeyriyyə məqsədilə
kiməsə verin. Geymədiyiniz paltarı saxlamayın.
(Qaziler.az)
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı




















.jpg)







.jpg)










