Pul
Bu şəxslərə SEVİNDİRİCİ XƏBƏR: sərfəli kreditlər veriləcək - VİDEO
2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.
Publika.az xəbər verir ki, yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.
İqtisadçı ekspert Rəşad Həsənli "Xəzər Xəbər"ə bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərmişdi. Lakin 2022-ci ilin sonlarına doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir.
Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə 1 milyarda yaxın artıb.
Rəşad Həsənovun sözlərinə görə, sektorlar arasında yaranan bu fərq isə, biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





































