Bitcoinin qiyməti 70 min dollardan aşağı düşdü
Bizi izləyin

Pul

Bitcoinin qiyməti 70 min dollardan aşağı düşdü

Bitcoinin qiyməti 70 min dollardan aşağı düşdü

“Binance” kriptobirjasında bitcoinin (BTC) qiyməti institusional ETF-lərdən vəsait axını və ABŞ-da inflyasiya ilə bağlı makroiqtisadi göstəricilərin təsiri fonunda 70 min dollardan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu, birjanın saytında məlumat verilib.

Bakı vaxtı ilə saat 06:45-ə olan məlumata görə, bitcoinin qiyməti 70 097 dollara enib. Saat 06:10-da isə kriptovalyutanın dəyəri 69 911 dollara düşüb.

Hazırda bitcoinin qiyməti 74 133,57 dollar, bazar kapitallaşması isə 1,5 trilyon dollar təşkil edir. Son 24 saat ərzində ticarət həcmi 25,3 milyard dollar olub.

Son 24 saat ərzində BTC-nin məzənnəsi ETF-lərdən əhəmiyyətli həcmdə vəsait çıxarılması və əlverişsiz makroiqtisadi amillərin təzyiqi altında 2,1 faiz azalıb.

Bitcoinin qiymətinə institusional investorların kapital axını, spot ETF-lərdən həftəlik xalis vəsait çıxarılması, eləcə də faiz dərəcələrinin artırılması ilə bağlı makroiqtisadi risklər təsir göstərir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm