Pul
Terminallardan 500 manatdan artıq ödəniş edənlərin nəzərinə! - Yeni tələb
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.
Publika.az xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.
Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbanktətbiqi üzərindən edilə bilər.
Təsdiq prosesi necə işləyir?
Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.
Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.
Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.
Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.
Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.
-
Sosial19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?














.jpg)

.jpg)

.jpg)


















