Pul
Trampın qələbəsi, manatın dollarla rəqabəti: Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ
Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp oldu. Trampın qalib gəlməsi ilə dollar qlobal valyutalar qarşısında möhkəmlənir. Tramp dövrü qlobal ticarət üçün risk kimi göründüyü üçün qlobal fond bazarları açılış öncəsi ticarətdə böyük enişlər yaşayır.
Bəs dolların bahalaşması Azərbaycan və dünya iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov Publika.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, Trampın daha çox dəstək alması həm də iqtisadi məsələlərlə bağlıdır:
“İlkin nəticələr göstərir ki, Donald Tramp prezident seçkilərinin qalibidir. Eyni zamanda Senatda Respublikaçılar yerlərin çoxuna malikdirlər. Gözlənir ki, digər qanunverici orqandanda da Respublikaçıların qalib gəlmə ehtimalı kifayət qədər yüksəkdir. Trampın daha çox dəstək alması həm də iqtisadi məsələlərlə bağlıdır. Ötən 4 il ərzində ABŞ-nın cəlb olunduğu müharibələr və gərginliklər həmçinin bu istiqamətə ayrılan vəsaitlər ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Rusiya-Ukrayna müharibəsi ABŞ-da ciddi inflyasiya yaratdı. Tramp isə digər iqtisadi güclərlə bağlı daha gözlənilməz iqtisadi qərarlar qəbul edir. Bunu Trampın ilk prezidentlik dövründə Çin Xalq Respublikası ilə olan münasibətlərində müşahidə etdik. Ötən 4 ildə də əslində Avropa İttifaqının, eləcə də ABŞ-ın Çin Xalq Resublikası ilə bağlı iqtisadi ələqələrində oxşar tendensiyanı gördük”.

Millət vəkilinin sözlərinə görə, hələlik dolların dünya bazarında kəskin güclənməsi gözlənilmir, amma sözsüz dollar dominant rolunu qoruyub saxlayacaq:
“Sərbəst valyutalara nisbətən dollar son illər möhkəmlənməkdədir. Azərbaycan təbii ki, ABŞ-la əməkdaşlıq edən ölkədir. Trampın qələbəsindən sonra gözlənti ondan ibarətdir ki, bu, bizim iqtisadi ələqələrimizə müsbət təsir göstərə bilər. Dolların möhkəmlənməsi davam edərsə, manata təsirləri birbaşa Mərkəzi Bankın mövqeyindən aslı olacaq. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi bu kontekstdən əhəmiyyətlidir. Növbəti dövrlərdə də ABŞ-da seçkinin əsasının necə olmasına baxmayaraq, Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinə birbaşa təsir göstərən əsas faktor olaraq qalacaq”.
Aysel Şahmar
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı












.jpg)





















.jpg)




