Pul
Qlobal böhran sürətlənir - Neft kəskin bahalaşdı
Londonun ICE birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti iyunun 11-dən bəri ilk dəfə 92 dolları keçib.
Publika.az ticarət məlumatlarına istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 5:12-yə olan məlumata görə, "Brent" neftinin qiyməti 1,12% artaraq bir barel üçün 92,03 dollara çatıb.
Bir neçə dəqiqə sonra artım daha da sürətlənib və saat 5:17-yə neftin bir barelinin qiyməti 92,16 dollara yüksəlib.
İyulun 21-də "Bloomberg" agentliyi "Goldman Sachs Group Inc." investisiya bankının analitiklərinin proqnozunu dərc edib. Onlar hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin artması, Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr və Fars körfəzindən tədarük həcminin azalması səbəbindən dördüncü rübdə "Brent" markalı neftin qiyməti 120 dolları ötə bilər.
Bir gün əvvəl "Reuters" agentliyi Ukrayna və Fars körfəzindəki hərbi münaqişələrin benzin və dizel yanacağı bazarında qlobal böhran risklərini gücləndirdiyini yazmışdı.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, dünya üzrə benzin və dizel ehtiyatları çoxillik minimuma enib, neft emalı marjası isə rekord həddə çatıb. Eyni zamanda, əsas istehsal regionlarında neft emalı zavodlarının (NEZ) gücü məhdud olaraq qalır. Jurnalistlər bu vəziyyəti Rusiyada, Səudiyyə Ərəbistanında, Bəhreyndə, Küveytdə və BƏƏ-də baş verən zərbələrdən sonra bir sıra iri neft emalı zavodlarının fəaliyyətini dayatması ilə əlaqələndirirlər.
Hüseyn İbadlı
-
İdman04:44Mbappe dubl etdi, "Real" darmadağınla qələbə qazandı - VİDEO
-
Hadisə02:12İsmayıllıda dəhşətli qəzada ölən və xəsarət alanın kimliyi məlum oldu - YENİLƏNDİ
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”










.jpg)




























