Pul
Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI
Rusiya Mərkəzi Bankı iyulun 29-na dolların məzənnəsini 78,698 rubla qədər qaldırıb.
Publika.az xəbər verir ki, müvafiq məlumat tənzimləyicinin rəsmi saytında yayımlanıb.
Avropanın vahid valyutasına gəlincə, onun dəyəri 89,6292 rubla yüksəlib. Yuanın qiyməti isə 11,5911 rubla çatıb.
İyulun 28-ə olan məlumata görə, dollar 78,0172 rubl, avro 88,7602 rubl təşkil edib. Çin valyutasına gəldikdə isə onun məzənnəsi 11,5218 rubl olub.
"Alfa-Kapital" İK-nın maliyyə bazarlarının təhlili və makroiqtisadiyyat direktoru Vladimir Braginin fikrincə, güclü rubl son nəticədə adi Rusiya vətəndaşı üçün zəif rubldan daha sərfəlidir, çünki sonuncu inflyasiyanı stimullaşdırır və bu da əmanətlərin dəyərdən düşməsinə səbəb olur.
Analitik Spartak Sobolevodun proqnozlarına görə, iyulun sonu və avqustun əvvəlində dolların məzənnəsi 75 ilə 80 rubl arasında dəyişəcək. Onun sözlərinə görə, hazırda Rusiya valyuta bazarı ixracatçıların vergi ödənişlərinin pik həddi sayəsində dəstək alır. Bundan əlavə, Rusiya Mərkəzi Bankının cəlbedici uçot dərəcəsi də təsir göstərir.
Həmçinin yay mövsümünün sonuna qədər dolların məzənnəsinin 82-82 rubl təşkil edə biləcəyinə dair rəylər də mövcuddur.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































