Qarabağ
İsrail səfiri ermənilərin Gəncədə öldürdüyü uşaqdan yazdı: Vədimi yerinə yetirə bilmədim
İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket zərbələri nəticəsində həlak olan 13 yaşlı Artur Mayakov barədə paylaşım edib.
Diplomat bu barədə öz tvitter səhifəsində yazıb.
“İsrailin Azərbaycandakı səfiriyəm. 12 ildir diplomatam. Mən ümumiyyətlə, vədlərimi yerinə yetirənəm, ancaq bu sözümü tuta bilmədim.
Bir-iki həftə əvvəl raket zərbəsinə məruz qalmış Gəncə şəhərini ziyarət etdim. Yaşayış yerlərinə dəyən ziyana baxmaq üçün getmişdim. Bir çox yerli sakin qorxunç hekayələri paylaşmaq üçün mənimlə danışmağa gəlmişdi. Sonra təxminən 12 yaşında bir gənc oğlan mənə yaxınlaşdı.
İsrailin yaxşı həkimləri olduğunu eşitdiyini söylədi. İsrailin xəstəxanada olan dostunu xilas edə bilib-bilməyəcəyini soruşdu. Xalası mənə şəkillər göstərdi. Gözləri dolu idi. “Bombardıman nəticəsində yaralanıb, xəstəxanada komadadır. O, yaxşı uşaqdır. Xahiş edirəm ona yardım edin”, - dedi.
Bu mənə dərindən toxundu. Kömək edəcəyimə söz verdim. Oğlanın adını götürdük. Bu, Artur Mayakov idi. Artıq həmin axşam nə edə biləcəyimizə baxmağa başladıq. Ancaq vədimi yerinə yetirə bilmədim. İki gün sonra Artur aldığı yaralardan öldü. 13 yaşında idi. Qəlbim qırıldı.
Bir neçə gün öncə Bakıdakı Rus Pravoslav kilsəsinə baş çəkdim. Artur üçün dua etdim və şam yandırdım. Verdiyim sözə əməl etmədiyim üçün bağışlanmağımı dilədim. Ruhun şad olsun, Artur. Qoy bu bölgənin uşaqlarının daha sülh gələcəyi olsun”, - o qeyd edib.(report)
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf