Norveçdə Qələbə sevinci: “Biz Qalibik!” - FOTOLAR
Bizi izləyin

Qarabağ

Norveçdə Qələbə sevinci: “Biz Qalibik!” - FOTOLAR

Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı ilə Azərbaycan Evində həmyerlilərimiz şanlı ordumuzun qələbəsini “Biz Qalibik!” şüarı altında qeyd edib.

Publika.az xəbər verir ki, tədbir Azərbaycan himni və vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna ehtiram ilə başlayıb.

Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev həmyerlilərimizi və şagirdlərimizi bu böyük qələbə münasibəti ilə ürəkdən təbrik edibdir.

R.Əliyev bildirib ki, 44 gün davam edən müharibə ərzində Norveçdəki diasporamız ordumuza dəstək nümayiş etdirib, Norveç mediasına və siyasətçilərinə Qarabağ həqiqətləri haqqındaa informasiya veribdir.

Azərbaycan bayrağı və gerbi ilə bəzdilimiş zəfər tortları məktəbin müəlliməsi Arzu Rzayeva və şagirdlər tərəfindən kəsilib.

Tədbirdə şagirdlərin əl işləri, mədəni irsimiz və işğaldan azad olunmuş torpaqlarımızla bağlı sərgi nümayiş olunub.

Həmyerlilərimiz görkəmli sənətkarımız Müslüm Maqomayevin “Azərbaycan” mahnısını məharətlə və qələbə coşğusu ilə ifa ediblər.

Tədbir Norvçdə doğulmuş və böyümüş azərbaycanlı uşaqların qələbə sevinci ilə səsləndirdikləri “Yaşasın vətənimiz, Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!” şüarları ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm