Bu, Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcək - Politoloq
Bizi izləyin

Qarabağ

Bu, Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcək - Politoloq

Azərbaycan torpaqlarının, o cümlədən son olaraq Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın dövlət sərhədlərinin tam bərpa edilməsi deməkdir. Bu da istənilən dövlətin suverenliyi üçün mühüm amilə malikdir. Çünki suverenlik anlayışı sərhədlərdən başlayır.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Tarixi gün münasibətilə xalqımızı təbrik edən politoloq qeyd edib ki, işğaldan azad olunan ərazilərin artıq Azərbaycanın nəzarətinə keçməsi, işğala son qoyulması və bu prosesin rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində həyata keçməsi regionda yeni reallıqlar yaradıb:

“Bu reallıqlar Azərbaycanın timsalında hərbi-siyasi güc faktorunu ciddi şəkildə qabardıb. İkinci önəmli məqam ondan ibarətdir ki, Azərbaycanın münbit əraziləri, təbii sərvətlərlə zəngin olan torpaqları ölkənin nəzarətinə keçib. Bu da Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcək. İşğal olunmuş ərazilərimizdən vaxtı ilə Ermənistanın əldə etdiyi təkcə taxıl ehtiyatı Ermənistanın və işğal olunmuş Azərbaycan ərazilərindəki ermənilərin təxminən 30 faiz taxıl ehtiyatını ödəyib. Bu, Ermənistanın 25 faizi, işğal altında olan ərazilərdə yaşayan ermənilərin isə bütün taxıl ehtiyatının ödənilməsi deməkdir. Bu aspektdən torpaqlarımızın azad olunması ölkə iqtisadiyyatına və kənd təsərrüfatının inkişafına çox ciddi təsir edəcək. Həmin ərazilərin təbii sərvətlərlə zəngin olması mədən sənayesinin inkişafı üçün perspektivlər vəd edir. Faktiki olaraq bütün filiz yataqlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olması ölkəmizin daha da güclənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Torpaqlarımızın işğaldan azad olunması əvvəla Azərbaycanın bütövləşməsi deməkdir. Bunun verdiyi mənəvi güc onun iqtisadi gücündən qat-qat çoxdur. Odur ki, tarixi uğurun ölkəmiz üçün yeni mərhələ və yol açdığı qənaətindəyəm”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm