Rusiya XİN-dən QARABAĞ AÇIQLAMASI: Bu təşkilat missiya göndərə bilər
Bizi izləyin

Qarabağ

Rusiya XİN-dən QARABAĞ AÇIQLAMASI: Bu təşkilat missiya göndərə bilər

"Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir".

Publika.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik:

"UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və hazırkı vəziyyəti ilə əlaqəli bütün suallara cavab verə biləcəklər", - deyə M.Zaxarova bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm