Lukaşenko “Böyük qayıdış” üçün... – RƏY
Bizi izləyin

Qarabağ

Lukaşenko “Böyük qayıdış” üçün... – RƏY

“Azərbaycanın Belarusla çox geniş iqtisadi əlaqələri var. Belarus Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb. Eyni zamanda, ərazi bütövlüyümüzü dəstəkləyən ölkələrdən olub”.

Bunu Publika.az-a açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfərini şərh edərkən millət vəkili Asim Mollazadə deyib. Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri qeyd edib ki, bununla yanaşı, Azərbaycanın Belarusla hərbi sənaye sahəsində də geniş əlaqələri mövcuddur:

“Belarus Azərbaycan Silahlı Qüvvələrini dəstəkləmək üçün də müvafiq addımlar atıb. Bu istiqamətdə bir sıra işlər görülüb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Xalqlarımız arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. Belarus Azərbaycanın “Böyük qayıdış” planında hazır olduğunu ifadə edib. Biz əminik ki, Belarus şirkətləri məhz Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üçün öz dəstəyini verəcək. Bu da çox müsbət haldır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm