Qarabağ
Bu mandatın mətni Milli Məclisdə müzakirə edilə bilər - Politoloq
“Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var. Lakin heç kim bir suala cavab vermir – bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir? Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi sənədin mövcudluğunu nəzərdə tutur – bu, mandatdır. Bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır və daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir”.
Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloq bildirib ki, bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası prezidentinin bəyanatı qəbul edilir:
“Daha sonra ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, bir qayda olaraq parlament tərəfindən təsdiqlənir. Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədəmüvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb”.
Tofiq Zülfüqarov hesab edir ki, bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədəuyğun olardı:
“Çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək mümkündür. İctimai müzakirənin özü qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi”.
Tural Turan
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var


















.jpg)


















.jpg)


