Bu istiqamətdə sərt addımların atılmasının tərəfdarıyam - Rəy
Bizi izləyin

Qarabağ

Bu istiqamətdə sərt addımların atılmasının tərəfdarıyam - Rəy

“Minalardan təmizlənməmiş ərazilərə keçmək olmaz. Bununla bağlı mütəmadi olaraq müvafiq orqanlar əhaliyə müraciət edir. Minalardan təmizlənmə prosesi uzunmüddətlidir. Biz insanlarımızın hisslərini, həsrətini anlayırıq. Onlar işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba torpaqlarına getmək istəyirlər, bu istək normaldır. Ancaq o ərazilərə qanunsuz olaraq getmək çox təhlükəlidir. İnsanlarımız yaralanır, şikəst olurlar. Ona görə də bir qədər səbr edib gözləmək lazımdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat söyləyib ki, Ermənistan Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə basdırdığı minaların xəritələrini verməkdən imtina edir:

“Bu da hərbçilərimizin, mülki vətəndaşlarımızın minaya düşərək ölməsi və ya yaralanması ilə nəticələnir. Bu həm də Ermənistanın müharibə cinayətidir. Mülki şəxslərimizin, vətəndaşlarımızın minalanmış ərazilərə keçməsi bədbəxt hadisələrlə nəticələnir. Vətəndaşların minaya düşərək həlak olması hamımızı incidir. İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçidin qarşısını almaq üçün daha sərt addımların atılmasının tərəfdarıyam”.

Vüqar İsgəndərov bildirib ki, dəfələrlə müvafiq orqanların xəbərdarlıq etmələrinə baxmayaraq, hələ də həmin ərazilərə keçmək istəyənlərin saxlanılmasını, kiminsə minaya düşməsi xəbərlərini eşitməkdəyik:

“Bu, çox narahatedici amildir. Mən radikal yanaşmanın tərəfdarıyam. İnzibati yollar effekt vermir, bu baxımdan başqa metodlara baxılmasına ehtiyac var. Azərbaycanın müvafiq qurumları minaların xəritəsini əldə etməyə çalışır. Ancaq bu, hələlik baş verməyib. Buna görə də insanlarımız minalı ərazilərə getməkdən çəkinməlidirlər. Səbrli olaq, həmin yerlər minalardan təmizlənsin, orada abadlıq, quruculuq işləri aparılsın, sonra o ərazilərə gedək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm