Qarabağ
Erməni vandalizminin müqayisəsi yoxdur - Tarixçi alim
"Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri, Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun sözlərinə görə, bu ərazilərdə törədilmiş cinayətləri başqa müharibə cinayətləri ilə müqayisə etmək olmaz. Tarixçi alim bildirib ki, erməni düşmənçiliyinin tayı-bərabəri yoxdur.
Publika.az Faiq İsmayılovla müsahibəni təqdim edir:
- Faiq bəy, işğaldan azad olunan torpaqlarda dağıdılmış kəndlərin muzey kimi saxlanılması tarixi baxımdan nə üçün əhəmiyyətlidir?
- Şükürlər olsun ki, son 28 ildə işğal altında qalan ərazilərimiz 44 günlük Vətən müharibəsində azad olundu. Amma sirr deyil ki, işğal dövründə ermənilər bu ərazilərdə saysız-hesabsız vandallıqlar törədiblər. Laçın və Kəlbəcərdə qismən olsa da, digər rayonlarda bütünlüklə inzibati yaşayış mərkəzlərimiz dağıdılıb, viran qoyulub. Bu ərazilərin bərpası zamanı erməni vandalizminin izlərini tam silə bilmərik. Bu baxımdan Ağdam, Cəbrayıl, Şuşa və Füzulidə həmin izlərin saxlanmasına xüsusi diqqət yetirməliyik. Bu izlər qalmalıdır ki, gələcək nəsillərin erməni vandalizmindən xəbəri olsun. Bunun üçün bir neçə variantlar təklif olunur ki, biri də açıq səma altında muzeylərin yaradılmasıdır. Bu muzeylərin yaradılmasında bütövlükdə bir kəndi və ya bir şəhəri muzeyə çevirmək düzgün olmazdı, həm də maraqsız olardı. Odur ki, daha çox diqqət cəlb edən, insanlarda daha dərin emosiyalar yaradan tikintiləri və yaxud tarixi əhəmiyyətli binaların bir hissəsini saxlamaqla erməni izlərini gələcək nəsillərə ötürə bilərik.
Tarixi qəbiristanlıqlarla bərabər, müasir qəbiristanlıqlarımız da erməni vandalizminə məruz qalıb. Hər kəs çalışır ki, işğaldan azad olunmuş ərazilərdə öz yaxınının qəbrini ziyarət etsin, faktiki olaraq qanunu pozaraq gedənlər var, hətta minaya düşüb ayaqlarını itirənlər, şikəst olanlar da olur. Bu insanları oraya aparan vətən və torpaq sevgisidir. Dağıdılmış qəbiristanlıqlarda monumental abidə tikmək və müharibə dövrünə qədər orada dəfn olunmuş insanların siyahısını vermək olar. Qəbiristanlıqların işğal dövründə dağıldığını göstərmək çox böyük əhəmiyyətə malikdir və gələcəkdə bu hadisələrin yaddan çıxmaması üçün çox mühüm şərtdir.
- Müharibə dövründə dağıdılmış hansı şəhərləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin taleyi ilə müqayisə etmək olar? Məsələn, Ağdam "Ruhlar şəhəri" adlandırılır. Bu mənada Ağdamın Yaponiyanın Xirosima və Naqasaki şəhərləri ilə hansı oxşar tərəflərini göstərmək olar?
- Nə atom bombası nəticəsində dağıdılan Yaponiya şəhərləri, nə də hər hansı müharibədən sonra dağıdılan digər şəhərlərin Ağdam, Füzuli, Cəbrayıl və erməni vandalizminin qurbanı olan rayonlarla oxşar tərəfləri var. Hansısa şəhər silahlı hücuma məruz qaldıqda tamam başqa bir mənzərə meydana gəlir. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı ona görə fərqlidir ki, bu şəhərlər bilərəkdən, planlaşdırılmış şəkildə sökülüb. Ağdamdakı bütün evlər bombardman nəticəsində dağılmayıb, bu, müharibənin fəsadları deyil. Bu, erməni vandalizminin nəticələridir. Erməni vandalizminin müqayisəsi və oxşarı yoxdur, dünya tarixində belə bir hadisə qeydə alınmayıb.
İraqda, Suriyada, Liviyada dağıdılan və məhv edilən çox sayda evlər və kəndlər görmüşük, amma bunlar hamısı müharibə və ağır artilleriya nəticəsində baş verib. Bütövlükdə heç bir kənd və ya şəhər işğalçıların söküntüsünə məruz qalmayıb. Ermənilərin düşmənçiliyinin fərqi budur ki, içlərində gəzdirdikləri azərbaycanlı və türk nifrətinin tayı-barəbəri yoxdur. Bu cür vandallıqlar yaradan bir millət sağlam ola bilməz. Heyfslənirəm ki, belə bir xəstə təfəkkürlü millətlə qonşuyuq və məcburuq ki, onlarla gələcəkdə də yanaşı yaşayaq.
- Ermənistan Azərbaycan torpaqlarının böyük hissəsini minalayıb. Analoji mənzərəni dünya ölkələrində aparılan hansı müharibənin nəticələri ilə müqayisə etmək olar?
- Erməni düşmənçiliyi nə alman, nə də digər xalqların düşmənçiliyinə bənzəyir. İran-İraq müharibəsində xeyli sayda ərazi işğal altına düşmüşdü, hətta Almaniya Rusiyanın üzərinə hücum edəndə SSRİ-nin çox böyük hissəsi, eyni zamanda Avropa ölkələri işğal altında qalmışdı. Amma burada da mədəni dəyərlərin qorunmasını gözləmişdilər. Təsəvvür edə bilmirəm ki, hər hansı düşmənçilik erməni vandalizminə bərabər olsun.
Aytən Məftun
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi