Qarabağ
"Ağdam ən müasir səviyyədə qurulan bir şəhər olacaq” - Deputat
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Ağdam şəhərinin erməni işğalından azad olunmasının 4 ili tamam olur. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir.
Milli Məclisdə Ağdam və Xocalını təmsil edən deputat Elman Məmmədov Publika.az-a bildirib ki, Ağdam daim ümid və işıq mərkəzi olub:
“Ermənilər Ağdam şəhəri istiqamətində 6 zolaqdan ibarət müdafiə zolağı yaratmışdılar. Orada minalanmış və möhkəmlənmiş sədd var idi. Bir güllə atılmadan düşmən ərazilərimizdən çəkilməyə məcbur oldu. Ermənistan "Dağlıq Qarabağ"ı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuşdu. Həmin dövrdə orada yaşan azərbaycanlıların arxalandığı yer Ağdam idi. Nə köməyə ehtiyacımız olarsa, Ağdama gəlirdik, daim Ağdamdan kömək alırdıq. Ağdamın hələ o zamanlar da həm böyük ərazisi, həm də çox əhalisi var idi”.
Otuz ilə yaxın müddətdə rayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.
Millət vəkili qeyd edib ki, hazırda Ağdamın əhalisinin sayı 214 min nəfərə çatır:
“Bu gün bütün Azərbaycan xalqı 20 noyabr tarixini Ağdam Şəhəri Günü kimi qeyd edir. Biz bununla fəxr edirik. Qürur duyuruq ki, bütün Azərbaycanımızın suverenliyi bərpa edilib. Hazırda Ağdamda çox geniş miqyasda bərpa və quruculuq işləri gedir. Bura ən müasir səviyyədə qurulan bir şəhər olacaq. 2025-ci ildə Ağdam şəhərinə soydaşlarımızın qayıdışı nəzərdə tutulub. Ağdamımız yenidən toy-büsatlı, əvvəlkindən daha gözəl, sevincli, təmtəraqlı olacaq”.
2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına salıb.
Xatırladaq ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi.
Aysel Şahmar
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO