Qarabağ
Kəlbəcərin azad edilməsi tarixi nailiyyətdir - Politoloq
Dörd il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Haqq savaşına qalxan ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Politoloq İlyas Hüseynov Publika.az-a bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun peşəkarlığı, strateji məqsədləri yerinə yetirməsi nəticəsində Ermənistan tərəfi ağ bayraq qaldırıb:
“Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin faktiki olaraq məğlubiyyətinə səbəb oldu. Artıq həm şəxsi heyət, həm də hərbi texnika və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anladı və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verdi. Bununla da Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarıldı. Lakin verilən bəzi vədlər, götürülən öhdəliklər yerinə yetirilməyib. Ermənilər tərəfindən illər ərzində azərbaycanlıların min bir əziyyətlə tikdiyi mal-mülklər qarət edilib. Bu da vandalizmin göstəricisidir”.
Politoloq bildirib ki, bütün baş verənlərə baxmayaraq Azərbaycan Kəlbəcəri bu gün yenidən bərpa edir:
“Kəlbəcərdə bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Rayonda yaşayış evlərinin və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Kəlbəcər bu işlərlə daha da gözəlləşir. Ora Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Kifayət qədər gözəl olan Kəlbəcər azərbaycanlıların zəhmət və əməyi ilə daha da inkişaf edəcək. Bu, tarixi nailiyyətdir.
Bu gün Azərbaycanın hər yerində Kəlbəcərin məşhur “İstisu” mineral suyuna rast gəlirik. Artıq “İstisu” mineral suyunu rəsmi qəbullarda və görüşlərdə görmək olur. “İstisu” Kəlbəcərin nemətidir. Məhz bu biznes ideyaları, yanaşmalarla biz həm də Kəlbəcərin ehtiyatlarını dünyaya nümayiş etdirmiş oluruq. Bu gün bir qələbə, rəşadət simvolu kimi hər bir kəlbəcərlinin qəlbində yaşayır”.
Aysel Şahmar
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO