Qarabağ
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı ona ünvanladığı ittihamlara yenidən cavab verib.
Publika.az xəbər verir ki, Paşinyan “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb.
Qeyd edib ki, Qarabağın “müstəqil dövlət” olduğunu desələr də, heç bir ölkə tanımayıb: “Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar, lakin heç biri tanımayıb. Üstəlik, satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər, amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır”.
Paşinyan son 4 ildə hər gün özünə bir sual verdiyini və bir cavab tapdığını bildirib.
“Əgər biz Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydik, yanlış olardı. Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir”, - o deyib.
Asif
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































