Qarabağ
8 mayda Şuşadan bütün dünyaya mesaj veriləcək
Birinci ildir ki, 8 mayı - Şuşanın işğal gününü artıq bayram kimi qeyd edəcəyik. Şuşa artıq azad nəfəs alır. Təbii ki, bu, bizim üçün bir bayramdır. 8 may artıq qəlbimizdə bir “qara gün” kimi qalmayacaq.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Deputat bildirib ki, artıq Azərbaycan 8 mayı Şuşada qeyd edəcək:
“Yadımdadır ki, hər il 8 may tarixində biz jurnalistlərə Şuşanın işğalı haqqında müsahibələr verirdik, Şuşanın işğalında əli olan günahkarları və erməni quldurlarını lənətləyirdik. Beynəlxalq təşkilatları qınayırdıq ki, illərdir bu ədalətsizliyə göz yumurlar. Arzu edirdik ki, növbəti ili Şuşada qeyd edək. Artıq bu söz simvolik məna daşıyır. Bu il ilk festival da Şuşada keçiriləcək. Düşünürəm ki, artıq bütün dünyaya mesaj da 8 mayda Şuşadan veriləcək. Bu, bütün xalqımız üçün gözəl bir bayram olacaq. Təbii ki, Ermənistanın hərbi-siyasi xuntası üçün qara günə çevriləcək. Həm də 8 mayda bu tarixin günahkarlarını xatırlayacağıq ki, bir də belə “qara günlər” Azərbaycanın tarixinə yazılmasın”.
Aytən Məftun
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO