Qarabağ
Bu suala indi cavab vermək çətindir - Vüqar Xəlilov
Publika.az Qarabağda ilk regional radio kanal - "CBC FM"in yayıma başlaması ilə əlaqədar CBC telekanalının direktoru Vüqar Xəlilovun müsahibəsini təqdim edir:
- Mayın 8-də CBC FM Qarabağda radio yayıma başlayıb. Müsabiqə çərçivəsində 102.7 MHs işçi tezliyində fəaliyyət göstərmək üçün Milli Televiziya və Radio Şurasına sənədlərini 7 namizəd təqdim etmişdi. Qalib "Caspian International Broadcasting Company" MMC seçildi. CBC-nin üstünlüyü nədədir?
- Milli Televiziya və Radio Şurasının 7 aprel tarixində keçirilən iclasında Qarabağda ilk regional radio kanalının açılması ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu fəxri missiya "Caspian International Broadcasting Company" MMC-yə həvalə edildi. İlk növbədə, əlbəttə, qalibin seçimində müxtəlif dillərdə yayım imkanlarına malik olan namizədə üstünlük verilib. Bildiyiniz kimi, CBC TV Azərbaycanın ilk və yeganə beynəlxalq televiziya kanalıdır. Biz fasiləsiz olaraq rus dilində yayımlanırıq və Rusiyanın Avropa hissəsindən Hindistan yarımadasınadək, Balkanlardan Çinin şərq sərhədlərinədək geniş auditoriyanı əhatə edirik. Bundan əlavə, telekanalın Azərbaycan, ingilis və erməni dillərində yayım təcrübəsi var. CBC TV-nin əsas auditoriyası MDB və Avropa İttifaqı ölkələri sakinləridir. Əlbəttə, maddi-texniki imkanlar da nəzərə alınıb, amma əsas məsələ - peşəkar kadr potensialıdır. Bütün bunlar həlledici rol oynayıb.
- CBC FM-in qarşısında dayanan əsas məqsədlər və vəzifələr...
- Bu gün yüksək texnologiyalar, sürətli internet və çox sayda sosial şəbəkələrin olduğu vaxtda auditoriyanın rəğbətini qazanmaq çox çətindir. Bizi maraqlandıran istənilən informasiyanı smartfondan izləmək mümkündür. Kədərli səslənsə də, televiziya və radio qəzet və jurnallar kimi yerini internet platformalara verərək tədricən keçmişdə qalacaq. Bu, tamaşaçı, dinləyici və oxuculara nəyi, harada və nə vaxt izləmək, dinləmək və oxumaq baradə seçim etməyə imkan yaradır. Hədəf auditoriyasını itirməmək, əksinə, genişləndirmək üçün daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Bu, ölkəmizin dünya ictimaiyyətinə inteqrasiyası, bütün ölkələrlə bərabərhüquqlu, dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinə yönələn xarici siyasət kursudur. Bundan əlavə, Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəniyyət və idman sahələrində qazandığı uğurlardan danışmaq lazımdır. Heç kəsə sirr deyil ki, Azərbaycan müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır. Azərbaycan enerji və nəqliyyat sahələrində həyata keçirilən böyük layihələrin təşəbbüskarı, təşkilatçısı və iştirakçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və bu qitəni Asiya ilə birləşdirməkdə mühüm rol oynayır. Əlbəttə, Azərbaycan böyük tarixə və mədəniyyətə malik, qədim memarlıq üslubu ilə müasir tikililərin ahənglik təşkil etdiyi bir ölkədir. Paytaxt və regionlar günbəgün inkişaf edir, gözəlləşir. Ölkədə abadlıq işləri davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri aparılır. Buna görə qarşıda duran məsələlər çoxşaxəli və çətindir. Amma mümkünsüz deyil!
- Yayımda nə olacaq? CBC FM dinləyicilərinə nə təqdim edəcək?
- Hər saatın əvvəli xəbərlər buraxılışı olacaq, özü də bir neçə dildə. Cəmi 8 buraxılış. Öncə qeyd etdiyim kimi, Azərbaycan haqqında verilişlər, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri, adət və ənənələri ilə bağlı layihələr dinləyicilərimizə təqdim olunacaq. Bundan əlavə, CBC telekanalının verilişləri, musiqi və audiokitablar da yayımlanacaq. Radioefiri internet üzərindən də dinləmək mümkün olacaq. Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə-beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacağıq.
- Hər bir medialayihə müəyyən auditoriyaya hesablanır. СВС FM-in hədəf auditoriyasına kimlər daxildir?
- Bu suala indi cavab vermək çətindir. Biz həm gənclərin, həm də yaşlı nəslin zövqünə uyğun olmaq istəyirik. Radionu hamı dinləyir, xüsusilə nəqliyyat vasitələrində. Buna görə, fikrimcə, operativ xəbərləri dinləmək hər kəs üçün maraqlı olacaq. Gənclər musiqiyə, yaşlı nəsil isə maarifləndirici verilişlərə üstünlük verir. Məqsədimiz - bütün yaş qruplarını və sosial kateqoriyaları əhatə etmək. Əminəm ki, tezliklə СВС FM dinləyicilərin sevimli və populyar radiokanalına çevriləcək.
- CBC-nin təcrübəsi və isçilərinin peşəkarlığı haqqında xəbərimiz var, amma televiziya və radionun yayım xüsusiyyətləri fərqlidir. Buna görə əlavə qüvvə cəlb olunacaqmı?
- Bu gün CBC telekanalında yüksək dərəcəli peşəkarlar çalışır. Əməkdaşlarımızın çoxu yerli, xarici televiziya və radiolarda fəaliyyət göstərib. СВС həmçinin gənc jurnalistlər üçün imkanlar yaradır. İl ərzində CBC televiziyasında aparıcı ali təhsil məktəblərinin və Azərbaycanda fəaliyyət göstərən xarici universitet filiallarının tələbələri təcrübə keçirlər. Onların arasında tələblərimizə cavab verənlər CBC-də işlə təmin oluna bilərlər. Həmçinin, biz yerli və xarici həmkarlarla əməkdaşlığa açığıq. Fikrimcə, təcrübə mübadiləsi hər birimizə faydalı ola bilər.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO