Qarabağ
Fəxri Uğurlu Laçın xatirələrindən danışdı: Çox istəyirəm ki...
“Laçının işğalı ilə bağlı builki anım günü əvvəlkilərdən fərqlənir. Əvvəlki dövrlərlə müqayisədə bu il bu tarixi bir başqa ruhda qeyd edəcəyik”.
Bu sözləri Publika.az-a əslən Laçın rayonundan olan yazıçı, jurnalist Fəxri Uğurlu deyib.
F.Uğurlu bildirib ki, artıq qalib xalq kimi Laçının işğal tarixini anacağıq: “İndiki anım əvvəlkilərdən fərqlənir. Bundan əvvəl həmişə kədərlə qarşılayırdıq. Bu il isə təbii olaraq sevinclə, qələbə əhval-ruhiyyəsində qarşılayırıq. Mən özüm Laçın işğal olunanda Bakıda idim. Kəndimizin sakinlərinin evlərindən çıxan günlərini görmüşəm, bu barədə yazmışam. Oraları çox yaxşı xatırlayıram. Həmişə getmişəm, gəzmişəm. İndi də imkan olarsa, çox istəyirəm ki, yaşlı vaxtlarımı gedib Laçında, kəndimizdə yaşayım”.
Fəxri Uğurlu Laçın xatirələrindən də danışıb: “Mən Laçının Oğuldərə kəndindənəm. Bu kənd Laçından təqribən, 70 km uzaqlıqda yerləşir. Ora aparan yollar təmirsiz və narahat olduğundan bu məsafəni 3-4 saata ancaq çata bilirdik. Möhkəm yağış yağanda isə çox zaman yollarda qalası olurduq. Özü də ora adi minik maşınları ilə yox, “UAZ” taksilərlə gedə bilərdik. Ümumiyyətlə, ucqar dağ kəndlərinə o cür maşınlarla gedərdilər. Hətta elə olub ki, biz kəndin ayağına çatmışıq və maşın hava şəraitinə görə daha ondan sonra irəliləyə bilməyib. Amma bizim kəndə gedib çıxmağımız ayrı bir dastan idi. Atamı camaat, el-oba çox sevərdi. Biz kəndə çatanda səhəri xəbər yayılardı ki, Ağa müəllim ailəsi ilə birlikdə gəlib, onda hamı həyətimizə axışardı.
Oğuldərə Kəlbəcərə daha yaxın kənddir. Laçın böyük rayondur, bir tərəfi Qubadlıdır, bir tərəfi Kəlbəcər. Biz Kəlbəcərə yaxın idik. Oraların çox gözəl təbiəti vardı, yaşıl dağlar, göy çəmənlər, otlaqlar, biçənəklər...”.
Akqabay
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ
-
Dünya00:32
Bəşər Əsəd və ailə üzvlərinin Moskvadan görüntüsü yayıldı - VİDEO
-
Qoroskop00:25
Günün ULDUZ FALI - İstəkləriniz gərginlik yarada bilər
-
Yaxın Şərq8 Dekabr 22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin18 Dekabr 22:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq8 Dekabr 21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO