Millət vəkili: “Bu strategiya Azərbaycan dövlətini əbədi yaşadacaq və daha da inkişaf etdirəcək”
Bizi izləyin

Qarabağ

Millət vəkili: “Bu strategiya Azərbaycan dövlətini əbədi yaşadacaq və daha da inkişaf etdirəcək”

28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, politoloq Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

Həmin siyasi kursun davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum əməliyyatında möhtəşəm qələbə əldə etdi. Cəbhədəki uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. İnanırıq ki, bu strategiya Azərbaycan dövlətini əbədi yaşadacaq və daha da inkişaf etdirəcək.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Müzəffər Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı!”

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm