Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – SİYAHI
Bizi izləyin

Qarabağ

Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – SİYAHI

Azərbacanda vəzifə öhdəliklərini yetirərkən bu günə qədər bir neçə jurnalist həlak olub. Onların bəziləri Birinci Qarabağ müharibəsi, bəziləri isə İkinci Qarabağ müharibəsi zamanı şəhid olublar.

Publika.az Axar.az-a istinadən həmin jurnalistləri təqdim edir:

Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev - 15 iyun 1992-ci ildə Naxçıvanik kəndində Ermənistan ordusunun hücumunu lentə alarkən mina qəlpələrindən ölümcül yaralanıb və həlak olub.

Jurnalist, müxbir, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova – 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən erməni silahlılarının mühasirəsinə düşüb. Maşının atəşə tutulması nəticəsində o, həlak olub.

Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Ali Mustafayev – 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında sülhməramlıları aparan vertalyotun düşmən mərmisi ilə vurulması nəticəsində şəhid olub.

AzTV-nin operatoru, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazov - 1991-ci il 20 noyabrda ermənilərin vertalyotu vurması nəticəsində həlak olub.

AzTV-nin operatoru, şəhid Sırac Abışov – 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək həlak olub.

“Azərtac”ın jurnalisti, şəhid Məhərrəm İbrahimov - 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm