Polis əməkdaşları Xocavənddə tank əleyhinə minalar aşkarladılar - FOTO
Bizi izləyin

Qarabağ

Polis əməkdaşları Xocavənddə tank əleyhinə minalar aşkarladılar - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib. Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər. Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm