Qarabağ
Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar - Ombudsman
Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.
Ombudsman bildiorib: "Bu gün biz faktaraşdırıcı missiyanı Ağdam şəhərində keçirdirik. Ağdam ölkəmizin ən müasir, ən gözəl şəhərlərindən biri idi. Bu gün gördüyümüz Ağdam tamamən yerlə-yeksan olunmuş, dağıntılara məruz qalmış şəhərdir. Xarici müşahidəçilər Ağdamı ziyarət edərkən buranı Qafqazın Xirosiması adlandırırlar.
Bu, təsadüf yox, obyektiv ifadədir. Hər şey göz qarşısındadır. Bu, bizim millətimizə, ölkəmizə, dövlətimizə qarşı vandalizm, mədəni irsimizin dağıdılmasıdır. Burada topladığımız faktlar gələcəkdə beynəlxalq hüquq müstəvisində müvafiq məhkəmə proseslərində sübut qismində təqdim olunacaq. Dünya praktikasına əsasən, təzminat tələbi irəli sürülür və təzminat tələbinin təmin olunmasında bu cür hesabatların çox böyük əhəmiyyəti var.
Faktaraşdırıcı missiya ən çox dağıntılara məruz qalmış Ağdam, Füzuli, Gəncə, Naftalana gedəcək. Buradan Tərtərə gedəcəyik".
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək








































