Zəngilan Türkiyə istiqamətində bir mərkəzə çevriləcək - Deputat
Bizi izləyin

Qarabağ

Zəngilan Türkiyə istiqamətində bir mərkəzə çevriləcək - Deputat

“Zəngilanda son 1 il ərzində böyük bərpa və yenidənqurma işlərinə başlanılıb. Bu proses hazırda çox sürətlə həyata keçirilir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanın işğaldan azad edilməsinin birinci ildönümündə adıçəkilən rayona səfərindən danışarkən deyib.

Millət vəkili bildirib ki, burada bir məsələ xüsusi önəm daşıyır: “Bunu dövlət başçısı da qeyd etdi; Zəngilan tezliklə bölgənin böyük nəqliyyat və logistik mərkəzi olacaq. İndi Zəngilanda beynəlxalq hava limanı tikilir. Sovetlər dönəmində burada mövcud olmuş dəmir yolu xətti də yenidən çəkilməkdədir. Eyni zamanda avtomobil yolu da ən müasir standartlara uyğun şəkildə tikilir.

Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Zəngilan həmin bölgədə, eyni zamanda Naxçıvan və Türkiyə istiqamətində bir mərkəzə çevriləcək. Bununla yanaşı, Zəngilanda “ağıllı kənd” və “ağıllı şəhər” layihələri icra olunur. Yeni, müasir üsullarla yaradılan şəhər bölgənin ən modern guşələrindən birinə çevriləcək. Ətraf mühitin qorunmasına xidmət edən layihələr də regionda ilk dəfə Zəngilanda icra olunur. İşğaldan azad edilən Zəngilanda yeni sistemlərə uyğun bir şəhər qurulacaq. Mən əminəm ki, çox yaxın vaxtlarda bizim vətəndaşlarımız, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına, Zəngilana geri dönəcəklər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm