Rus sülhməramlıları Qarabağda humanitar aksiya keçirdi
Bizi izləyin

Qarabağ

Rus sülhməramlıları Qarabağda humanitar aksiya keçirdi

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Xankəndidə humanitar aksiya keçiriblər.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Aksiya çərçivəsində ümumi çəkisi 1 tona yaxın olan 200 ədəd yorğan tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə təhvil verilib.

Humanitar yük Rusiyadan Qarabağa Rusiya sülhməramlı kontingenti tərəfindən çatdırılıb.

Qeyd edilib ki, il ərzində 226 humanitar tədbir, o cümlədən qəsəbələrdə, məktəblərdə, uşaq bağçalarında və internat məktəblərində 80-dən çox böyük humanitar aksiya keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm