Qarabağ
Ermənilər ilk dəfə bunun şahidi oldu: Laçın postu necə işləyir? - DETALLAR
Laçın postu necə işləyir, nələrin qarşısını alır, ermənilərin pasport yoxlanışının nəticələri necə olacaq?
Publika.az xəbər verir ki, rusiyalı ekspert Andrey Petrov bu sualları araşdırıb.
Laçın postunda pasport nəzarəti kimləri təhdid edir?
Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi Cənubi Qafqazda sabitlik yaratmaq üçün bir neçə vəzifəni eyni anda yerinə yetirir:
- Qarabağa silah-sursat qaçaqmalçılığının qarşısını alır;
- Qarabağdakı ermənilərin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyasına hazırlığı həyata keçirir;
Bu, erməni millətçilərini ən çox narahat edən məqamdır, ona görə də anti-təbliğat aparırlar.
Laçın postu necə işləyir?
Bir ay yarımdır fəaliyyətə başlayan nəzarət məntəqəsindəki iş prosesi Azərbaycan tərəfindən mütəmadi olaraq videogörüntülərlə nümayiş etdirilir. Birincisi, Qarabağdakı ermənilər pasportlarının yoxanılmasından sonra sərbəst şəkildə keçə bilirlər, ikincisi, keçid məntəqəsində heç bir insident yaşanmır. Azərbaycanın keçid məntəqəsindən keçəndən sonra onlar Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın yolundan istifadə edirlər.
Hər şey qaydasındadır, üçtərəfli bəyanatda “Laçın dəhlizi” ilə bağlı müddəalar pozulmur. Ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə şərait yaradılır.
Laçın postundan istifadənin qarşısını kim kəsir?
Bu prosesdə əsas iştirakçılar erməni millətçilər və separatçılardır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ermənilərin iddiaları hələ də davam edir. Erməni millətçilərin hazırda iki taktiki məqsədi var: Qarabağa silah-sursat və hərbçi daşımaq; Qarabağdakı ermənilərin azərbaycanlılarla təmaslarının qarşısını kəsmək;
Bunun üçün onlar Azərbaycan düşmənçiliyi ilə bağlı geniş kampaniya aparır.
Laçın postu ilə bağlı hansı yalanlar var?
Əsas yalan Qarabağdakı ermənilərin Azərbaycan dövlətini düşmən saymaqları ilə bağlıdır. Bakı üçün Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşıdır, yeganə fərq odur ki, bu ermənilər hələ də Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiya olunmayıblar, Azərbaycan pasportları yoxdur.
Digər yalan pasport nəzarətinin ermənilərin təhlükəsizliyinə təhdid yaratması ilə bağlıdır. Azərbaycan pasport nəzarəti ilə öz ərazisində kimin yaşadığını müəyyən edir. Bu, Azərbaycanın öz ərazisində yaşayan ermənilərin pasportlaşdırılmasına hazırlığının bir hissəsidir, bunu beynəlxalq ictimaiyyət də dəstəkləyir.
Qarabağ erməniləri üçün pasport nəzarəti niyə lazımdır?
Separatçılar pasport nzəarətinin təhlükə yaratdığı iddiası ilə erməni əhalisini girovluqda saxlamağa çalışırlar. Ermənilərlə azərbaycanlılar arasında normal təmaslar onlar üçün qəbuledilməzdir. Keçid məntəqəsindən istifadə edən ermənilər isə öyrənirlər ki, Azərbaycan rəsmiləri və təhlükəsizlik qüvvələrindən onlara qarşı qətiyyən təhlükə yoxdur. Bu, Qarabağdakı insanlara “ətrafda düşmən var” deyən separatçılar üçün ölümcül zərbədir.
Qarabağdakı ermənilər üçün əsl təhdid nədir?
Qarabağdakı ermənilər üçün yeganə təhlükə Xankəndidəki separatçılar, İrəvan və erməni diasporudur. Onlar Azərbaycanın keçid məntəqəsinin bağlanmasını, pasport nəzarətinin dayandırlmasını tələb edir, Cənubi Qafqazda sülhü istəmir və Qarabağ iqtisadi rayonunun sakinlərinə Azərbaycan pasportu almağa, normal və təhlükəsiz həyat sürməyə imkan vermirlər.
Lakin onlar heç nəyə nail ola bilməyəcəklər, Qarabağdakı ermənilərin reinteqrasiyasını dayandırmağı bacarmayacaqlar. Laçın yolunda Azərbaycanın nəzarət-keçid məntəqəsi həmişə olacaq, erməni silahlıları ya bölgədən çıxarılacaq, ya da zərərsizləşdiriləcək. Separatçılar ya Ermənistana qaçacaqlar, ya da törətdikləri cinayətlərə görə məhkəmə qarşısına çıxarılacaqlar.
Asif
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
-
Hadisə10:48
Sumqayıtda binada yanğın oldu: sakinlər təxliyə edildi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO