Qırmızı.az
Azərbaycanla Gürcüstanın gömrük orqanları arasında əməkdaşlıq əlaqələri genişləndirilir - FOTO
İyulun 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadzeni və Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridianı qəbul edib.
Komitədən Publika.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tarixi köklərə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı durumundan məmnunluqla söhbət açmış, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində iki qonşu, dost ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini və bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Regionda həyata keçirilən irimiqyaslı layihələrin gerçəkləşməsinin xalqlarımızın fıravan gələcəyinə yönəldiyini, Azərbaycan Gürcüstan əlaqələrinin daha da dərinləşməsinə bir töhfə olduğunu vurğulayan Komitə sədri iqtisadi-ticari münasibətlərdən də söhbət açmış və qeyd etmişdir ki, iki qonşu ölkə arasında müsbət məcrada inkişaf edən əlaqələrin davamlılığını təmin etmək üçün birgə əməkdaşlığımızı daha da gücləndirməliyik.
İki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən DGK sədri A.Əliyev qarşılıqlı təcrübə mübadiləsinin, qaçaqmalçılıqla mübarizədə birgə əməkdaşlığın, sərhəd-gömrük buraxılış məntəqələrində vətəndaşların rahat gediş-gəlişinə mane ola biləcək problemlərin yerindəcə həll edilməsinin zəruriliyini diqqətə çatdırmış, gələcək perspektivlərdən bəhs etmişdir.
Səmimi qəbula görə DGK sədri Aydın Əliyevə təşəkkür edən Gürcüstan Maliyyə Nazirliyi Gömrük Departamentinin rəisi Vladimer Xundadze ilk öncə Bakıda keçirilən GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclasının yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirmiş, Azərbaycana uğurlu səfərindən razılıqla söhbət açmış, respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırmışdır. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamış, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs etmişdir.
Dövlət Gömrük Komitəsinin sədr müavinləri Əsgər Abdullayev və Şahin Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında mövcud sərhəd-gömrük buraxılış məntəqələrində işlərin intensivləşdirilməsi, yeni sərhəd-gömrük buraxılış məntəqələrinin açılması, qaçaqmalçılığa qarşı birgə mübarizə, ölkəmizdə keçiriləcək PİCARD konfransında Gürcüstan tərəfinin iştirakı və bir sıra digər məsələlər barəsində ətraflı flkir mübadiləsi aparılmışdır.
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi