ADİU-da dekanlar üçün təlim keçirilir
Bizi izləyin

Qırmızı.az

ADİU-da dekanlar üçün təlim keçirilir

İyulun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” adlı təlim proqramına başlanılıb.

Universitetdən Publika.az-a verilən məlumata görə, rektor Ədalət Muradov bildirib ki, universitetin idarəetmə fəlsəfəsinin əsasında dekanların liderliyi dayanır. Təlimin məqsədi universitet tədrisinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən kadr potensialının gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün zəmin yaratmaqdır. Təlim proqramı dekanların peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək. Dekanların iş prosesində qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı yaranacaq. Problem yaradan məqamları aradan qaldırmaq üçün təkliflər hazırlanıb, Təhsil Nazirliyinə göndəriləcək.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev Təhsil naziri Mikayıl Cabbarovun təlimləri müsbət dəyərləndirdiyini bildirib. Artıq bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verilib. İndi isə akademik muxtariyyətin verilməsi istiqamətində işlər görülür. Universitetlər bu imkanlardan yararlana bilmək üçün hazırlıqlı olmalıdırlar. Bu baxımdan, ali təhsil müəssisələrinin dekanları üçün “Tədrisin təşkili” təlimlərinin əhəmiyyəti böyükdür.

Aparat rəhbəri gələcəkdə belə təlimlərin digər ali təhsil müəssisələrinin dekanlarının da cəlb ediləsinin müsbət nəticə verəcəyini bildirib.

Sonra Y.Piriyev ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili haqqında təqdimat ilə çıxış edib.

Təlimdə UNEC-in dekanları və mərkəz rəhbərləri iştirak edir. Təlimlər beş gün davam edəcək və sonda iştirakçılara sertifikatlar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm