Qırmızı.az
Azərbaycanda işləyənlərin sayı açıqlandı
Azərbaycanda işləyənlərin sayı 3 098 817 nəfərə yüksəlib. 2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 098 817 nəfərə yüksəlib.
Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 831 564 nəfər) kişi, 40,9 faizi (1 267 253 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,84 faizini (769 703 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,59 faizini (669 101 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,69 faizini (641 144 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (655 449 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,73 faizini (363 420 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək
pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi
üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili
və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına
əsasən hesablanır.
Gülnar Əliyeva
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi