Qırmızı.az
Metroda növbəti sosial aksiya
Iyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində foto sərginin açılışı olacaq.
Publika.az-ın məlumatına görə, bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisi olacaq.
Daha öncə metronun “Nəriman Nərimanov” stansiyasının təmirdən
çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən
rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə
“Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri
fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai
nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki,
fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən
yaxşı sərgi məkanıdır.
“Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddindən artıq çox olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkilləri sübut edir. Mövzular müxtəlif və rəngarəng olub. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilmişdir. Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun “Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi