Qırmızı.az
Düzgün cavablar bu gün açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Publika.az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ
qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi
bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi
nəzarətdə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib,
abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün
zəruri şərait yaradılıb.
Hal-hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda
abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası
aparılır. Bu gün həmçinin «Space» telekanalında canlı yayımlanan
“Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər
tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və
test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda
istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın
internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
-
Qoroskop07:39
Bu yay varlanacaq BÜRCLƏR
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı