500 minə yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib
Bizi izləyin

Qırmızı.az

500 minə yaxın gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 489 min 400 manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a daxil olan məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək qanunvericiliyindən irəli gələn tələblərə əməl olunmasına, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasına dövlət nəzarəti tədbirlərini cari ilin yanvar-iyun aylarında da uğurla davam etdirib.

Ümumilikdə 489402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur.

Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

Bu sahədə yol verilmiş nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm