Qırmızı.az
Vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün müsahibə müddəti uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə gedən uşaqlar üçün təşkil edilən müsahibənin müddətini uzadıb.
İdarədən Publika.az-a verilən məlumata görə, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı bu il sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün aparılan qeydiyyat iyulun 31-dən yekunlaşıb. Qeydiyyatdan keçən uşaqların I sinfə qəbulu üçün müsahibələrin bu gün ərzində yekunlaşması nəzərdə tutulsa da, müraciət edənlərin çoxluğu səbəbindən bu müddət bir gün uzadılıb. Belə uşaqlar üçün müsahibə avqustun 4-ü saat 17:00-dək davam edəcək.
***
Bakı Şəhər Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab alıb. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmayıb.
Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.
Qeyd edək ki, hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20
dəqiqə müddətində aparılır. Müsahibə zamanı uşağa zehni
keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4
istiqamət üzrə suallar verilir. Hər bir istiqamət üzrə cavablar 5
ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq
zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın
psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin
vəziyyətini də qiymətləndirib yekun nəticəyə gəlir. Əgər uşaqların
nitqi lazımi səviyyədədirsə, sosial, idraki, intellektual
hazırlığı, məntiqi düşüncəsi, psixoloji dayanıqlığı, fizioloji
vəziyyəti yol verirsə və 5 parametr üzrə ümumilikdə 15 bal
toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə getmək imkanı
yaradılır.
Bu il müraciət edənlərin əksəriyyətini isə oğlanlar təşkil
edib.
Məlumat üçün bildirək ki, bu il xüsusi istedada malik uşaqların
vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 8 komissiya
fəaliyyət göstərir. Bunlardan 2-si rus bölməsi üçün nəzərdə
tutulub.
Gülnar Əliyeva

-
Magazin122:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto
-
Nəqliyyat21:40
Bakının bu yollarında tıxac yarandı - Foto
-
Kriminal21:24
Arayikgilin məhkəməsi davam etdirildi - Fotolar
-
Elm və təhsil20:55
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
-
Sosial18:30
Bələdiyyə seçkisində ən çox səs topladı, bir gün sonra vəfat etdi - Foto
-
Nida Xəbər 18:15
MSK bələdiyyə seçkilərinə yekun vurdu - Yeniləndi
-
Rəsmi xronika16:20
İlham Əliyev sərəncam imzaladı
-
ABŞ14:46
ABŞ Rusiyanı hədələdi: Şərtləri qəbul etməsəniz, vuracağıq