Qırmızı.az
TQDK magistraturanın boş qalan yerlərinə müsabiqənin nəticələrini açıqladı
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.
TQDK-dan magistraturanın boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı. Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri TQDK-nın internet saytında yerləşdirilib.
Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 6-da “Magistr” jurnalının 7-ci sayında dərc olunacaqdır.
Magistraturanın boş qalan 2099 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1013 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2015-ci il avqustun 14-dən 21-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi